- Baxış sayı: 185
- 20 Sentyabr 2026 12:54
- Baxış sayı: 116
- Oktyabr 04, 2026
- 0

Azərbaycan taekvondo yığması Tiranada təşkil olunan “Albania open” beynəlxalq turnirində uğurla çıxış edib.
Allsport.az xəbər verir ki, idmançılarımız yarışda ümumilikdə 4 medal qazanıblar.
Gənclərin mübarizəsində 55 kq çəki dərəcəsində cıxış edən Novruz Əliyev bütün rəqiblərini keçərək yalnız finalda məğlub olub və gümüş medala yiyələnib.
Böyüklərdən ibarət milli komandamızın üzvləri də fəxri kürsüyə qalxmağı bacarıblar. Minayə Əkbərova (46 kq), Fuad Məhərləmli (63 kq) və Cavad Ağayev (74 kq) öz çəki dərəcələrində üçüncü yeri tutaraq turnirin bürünc medallarına sahibi olublar.