- Baxış sayı: 46
- 04 Sentyabr 2026 19:25
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Azərbaycan taekvondo klublarının üzvləri Qazaxıstanın Aktau şəhərində keçirilən “Jas Batyr kuboku” turnirində uğurlu çıxış ediblər.
Allsport.az xəbər verir ki, avqustun 14-16-da təşkil olunan yarışda “Alpman”, “Altay” və “Asiman” klublarının təmsilçiləri ümumilikdə 18 medal qazanıblar.
Mükafatlar arasında 7 qızıl, 3 gümüş və 8 bürünc medal olub.
“Altay” 8 (3 qızıl, 3 gümüş, 2 bürünc), “Alpman” 7 (3 qızıl, 4 bürünc), “Asiman” isə 3 (1 qızıl, 2 bürünc) medala sahib çıxıb.
Turnirdən sonra üç klubun nümayəndələri avqustun 17-19-da Aktau şəhərində keçirilən təlim-məşq toplanışında iştirak ediblər.