- Baxış sayı: 18
- 20 Sentyabr 2026 12:38
- Baxış sayı: 169
- Sentyabr 17, 2026
- 0

Sentyabrın 25-də fövqəladə hallar nazirliyinin idman-sağlamlıq klubunda taekvondo üzrə gənclər arasında “Koreya səfiri kuboku” keçiriləcək.
Allsport.az xəbər verir ki, bir gün davam edəcək yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klublarının taekvondoçuları iştirak edəcəklər.
Turnirdə 2009-2011-ci il təvəllüdlü oğlan və qız idmançılar mübarizə aparacaqlar. Oğlanlar 48, 55, 63, 73 və +73 kq, qızlar isə 44, 49, 55, 63 və +63 kq çəki dərəcələrində yarışacaqlar.
Yarış Azərbaycan taekvondo federasiyasının təşkilatçılığı ilə dünya taekvondo federasiyasının qaydalarına və federasiyanın qüvvədə olan normativ tələblərinə uyğun keçiriləcək.