- Baxış sayı: 75
- 23 Oktyabr 2026 23:49
- Baxış sayı: 141
- Oktyabr 25, 2026
- 0

Azərbaycan taekvondo federasiyasının (ATF) vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev Dəkər-2026 yeniyetmələrin yay olimpiya oyunlarında ölkəmizi təmsil edəcək taekvondoçular və onların məşqçiləri ilə görüşüblər.
Allsport.az xəbər verir ki, görüşdə idmançıların yarışqabağı hazırlıq prosesi və məşqlərin gedişatı müzakirə olunub. Məşqçi heyəti komandanın hazırlıq vəziyyəti barədə ətraflı məlumat verib.
Federasiya rəsmiləri idmançılara qarşıdakı yarışlarda uğurlar arzulayıb, onların olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil edəcəklərinə və yüksək nəticələr uğrunda mübarizə aparacaqlarına əminliklərini ifadə ediblər.
Dəkər-2026 yeniyetmələrin yay olimpiya oyunlarında taekvondo yarışları noyabrın 8-dən 12-dək keçiriləcək. Azərbaycanı bu idman növündə Adil Kazımlı və Zəha İsayeva təmsil edəcəklər. Milli komanda noyabrın 5-də Dəkərə yola düşəcək.