Millimiz mundialda kubokla mükafatlandırıldı

Millimiz mundialda kubokla mükafatlandırıldı

Azərbaycanın parataekvondo üzrə milli komandası Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatını 5-ci yerdə başa vurub.

Allsport.az xəbər verir ki, yığmamız mundialda 1 qızıl və 1 bürünc medal qazanıb. “K44” kateqoriyası üzrə kişilər arasında isə ikinci pillədə qərarlaşıb.

Paralimpiya Oyunlarının proqramına daxil olan “K44” və qeyri-paralimpiya “K41” kateqoriyaları üzrə medalların ümumi sayına əsasən müəyyənləşən sıralamada komandamızın heyətində Sabir Zeynalov (58 kq) dünya çempionu olub. İmaməddin Xəlilov (70 kq) isə bürünc medala sahib çıxıb.

Yarışda gənc parataekvondoçularımız Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) da debüt edərək təcrübə qazanıblar.

Dünya çempionatının yekunlarına əsasən, milli komandamızın 5-ci yeri tutmasına görə baş məşqçi Fərid Tağızadəyə kubok təqdim olunub.

Həmin kateqoriyadan