Ten Haq keçmiş klubunu 14,5 milyon funt sterlinq xərcə salıb

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Erik ten Haq və onun məşqçilər korpusunun işdən çıxarılması ilə bağlı xərclər 14,5 milyon funt sterlinq təşkil edib.

Allsport.az xəbər verir ki, xərclər İngiltərə klubunun 2024-cü il dekabrın 31-də başa çatan maliyyə ilinin ikinci rübü üzrə hesabatında qeyd edilib.

Ten Haq 2022-ci ilin yayından ötən ilin noyabrına qədər “Mançester Yunayted”i çalışdırıb.

Həmin kateqoriyadan