“Yalnız Tayson Fyuri ilə döyüşərəm”

“Yalnız Tayson Fyuri ilə döyüşərəm”

İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç boks qaydaları ilə döyüşə çıxmaq ehtimalından danışıb.

Allsport.az xəbər verir ki, veteran futbolçu onun Serxio Ramosla rinqə çıxacağı barədə yayılan xəbərləri təkzib edib:

“Bunlar saxta xəbərlərdir, dostum. Döyüşməyə razılaşacağım yeganə şəxs Tayson Fyuridir. O, ağır çəki döyüşçüsüdür və mənim səviyyəmdədir”.

37 yaşlı britaniyalı Tayson Fyuri peşəkar boks karyerasında keçirdiyi 38 döyüşün 35-də qalib gəlib. Onun qələbələrinin 24-ü nokautla qeydə alınıb. Fyuri, həmçinin 2 məğlubiyyət alıb, 1 döyüşü isə heç-heçə başa çatıb.

Həmin kateqoriyadan