Zaqreb “Dinamo”su Mahirin transferindən 1 milyon qazancaq

Millimizin üzvü Mahir Əmrəlinin çıxış etdiyi Zaqreb “Dinamo”su qış transfer pəncərəsində futbolçuların satışından xeyli gəlir əldə edə bilər. Allsport.az saytı xəbər verir ki, Xorvatiya klubunun qarşıdakı aylarda 70 milyon avro qazanması mümkündür.

“Ağ-mavilər”də Dünya Kuboku-2022-nin bürünc medalçıları – Dominik Livakoviç, Josip Şutalo, Bruno Petkoviç və Mislav Orsiç çıxış edirlər. Qeyd olunan gəlirlərə yığmanın sözü gedən futbolçularının satışı, əvvəllər “Dinamo”da çıxış etmiş digər klubların oyunçularının transfer faizi, həmçinin Mahirib keçidindən əldə olunması gözlənilən məbləğ daxildir. “Dinamo” 25 yaşlı hücumçunun satışından 1 milyon avro (təqribən 1,8 milyon manat) qazana bilər.

Millimizin hücumçusunun adı Türkiyənin “Antalyaspor” klubunun siyahısında hallanır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish