Ayaz Quliyevin komandası evdə “Orenburq”a uduzub

Rusiya premyer-liqasının 10-cu turunda azərbaycanlı futbolçu Ayaz Quliyevin oynadığı “Rostov” evdə “Orenburq”la üz-üzə gəlib.

Allsport.az saytı xəbər verir ki, meydan sahibləri bu oyunda 0:1 yeniliblər. Həmvətənimiz matça start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.

“Traktorçular” 18 xalla 3-cü yerdədir.

Həmin kateqoriyadan