Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü

“Sumqayıt”ın baş məşqçisi Samir Abbasovun “Barselona”da təcrübə proqramı davam edir. 

Allsport.az xəbər verir ki, proqram çərçivəsində “Barselona” akademiyasının – “La Masiya”nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub. 

Samir Abbasov səfər çərçivəsində, həmçinin, “Barselona B” komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb. 

“Sumqayıt”ın çalışdırıcısı ötən gün “Barselona”nın əsas komandasının məşqini izləyib və klubun prezidenti Xuan Laporta ilə də görüşüb.

Həmin kateqoriyadan