Ayxan Abbasov: Rəqib üstümüzə gəldiyi üçün, daha aqressiv olmalı idik

Topaz premyer liqasının 2-ci turunda keçirilən “Zirə” və “Keşlə” klubları arasında görüş 2:2 sülhlə nənicələnib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Ayxan Abbasov bunu deyib:

“Keşlə” heyətində bəzi dəyişikliklər etmişdi. İlk hissədə qol imkanlarımız oldu, fərqi 3-əçatdıra bilərdik, amma alınmadı. Onu da bilirdik ki, “Keşlə” standart vəziyyətlərdə bizə çətinlik yarada bilər. Rəqib ilk qoldan sonra daha həvəsli oynadı.

Qələbə qazanmaq istəsək də, alınmadı. Çempionat çox çətin keçəcək, axsamamağa çalışacağıq. Rəqibin itirəcəyi heç nə yox idi və biz əks-hücumlar edirdik. Müdafiəçilər bu gün pis oynamadılar. Rəqib üstümüzə gəldiyi üçün daha aqressiv olmalı idik. Amma hesabı qoruya bilmədik”.

Həmin kateqoriyadan