“Gələcəyimlə bağlı qərar?”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “A” seriyasında “Roma” ilə heç-heçə (1:1) haqda fikirlərini bildirib.

Allsport.az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə açıqlama verib:

“Qalib gələ bilmədiyimiz matçı uduzmaq riskinə saldıq. “Roma” oyuna qayıtdı, imkanlarımız oldu, amma son 2 dəqiqədə topa heyrətamiz şəkildə nəzarət etdik.

Faqioli istedadlı oğlandır və biz onun üçün darıxırdıq. Eyni şey Poqbaya da aiddir. Bizə kömək edə bilərdilər. Klub mövsümün sonunda heyəti dəyərləndirəcək, əsas diqqəti növbəti oyuna yönəltməkdi. Amma bizim çox yaxşı bazamız var.

Gələcəyimlə bağlı qərar? Bilmirəm, klubdan soruşun. Mövsümün bitməsinə 10-15 gün qalıb.

Həmin kateqoriyadan