“Masters” qazanan ilk ATP tennisçisi

Rusiyalı tennisçi Andrey Rublyov Madriddə keçirilən “Masters” yarışının qalibi olub.

Allsport.az xəbər verir ki, finalda o, kanadalı Feliks Aliassime üzərində qələbə qazanıb. Görüş 4:6, 7:5, 7:5 hesabı ilə başa çatıb.

Ötən il həmyerlisi Karen Xaçanovla cüt olan Rublyov Madriddə keçirilən cütlük turnirinin qalibi olub.

Beləliklə, Rublyov tək və cütlüklərdə Madriddə “Masters” yarışında qalib gələn yeganə ATP tennisçisi olub.

Həmin kateqoriyadan