Səudiyyə Ərəbistanı Kanelo-Krouford döyüşünü istəyir

Səudiyyə Ərəbistanının baş əyləncə idarəsinin sədri Turki Əl-Şeyx meksikalı Saul Alvares və amerikalı Terens Krouford arasında döyüşdə maraqlı olduğunu bildirib.

Allsport.az xəbər verir ki, bu barədə o, ESPN-ə açıqlama verib:

“Biz son 6 ay ərzində fəaliyyətimizi diqqətlə planlaşdırmışıq. Reklama pul xərcləyirik və eyni zamanda bazarı öyrənirik. Bizim öz araşdırmamız və çoxlu məlumatımız var. Biz bütün problemləri həll edib bazarı yaxşılaşdırmalıyıq.

İndi Kanelonu, Terens Kroufordla bağlamağa çalışıram. Mümkün variantları müzakirə edirik. Daha bir il də Terensi boş oturmağa qoymayacağam. Ümid edirəm ki, dekabr və ya yanvarda döyüşürlər”.

Həmin kateqoriyadan