“Yarışdan çox razı qaldım”

“Bakıdakı Avropa kubokundakı çıxışlarımdan çox razıyam”

Allsport.az xəbər verir ki, bunu İtaliya gimnastı Sofiya Raffaeli Avropa gimnastikasının (EG) mətbuat xidmətinə açıqlamasında deyib.

Bədii gimnastika üzrə sabiq dünya çempionu Bakıda keçirilən ilk Avropa kubokunda halqa ilə qızıl, “Cross Battle” və gürzlərlə gümüş, lentlə bürünc medal qazanmasından məmnunluğunu gizlətməyib: “Mən dörd finalda iştirak etdim. Buna görə də yarışdan çox razı qaldım. Çöxnövçülüyün finalında gürzlər və lentlə bir neçə səhvə yol verdim. Bu da mənim qızıl qazanmağıma mane oldu. Amma gümüş medal da ayrı-ayrı hərəkətlərdə finallar öncəsi çox yaxşı motivasiya idi və halqa ilə hərəkətdə qələbəyə daşıdı. Buna da çox şadam”.

Həmin kateqoriyadan