“Köhlən atlar”dan rekord

“Qarabağ” Azərbaycan premyer liqasının 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb.

Allsport.az xəbər verir ki, Qurban Qurbanovun komandası buna XXXIII turda nail olublar.

“Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol sayı 50-yə yüksəlib. Bu, klubun tarixində yeni rekorddur. Ağdam təmsilçisi 2021/22 mövsümündə evdə 47 qol vurmuşdu.

Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.

Həmin kateqoriyadan