Dmitri Nəzərovun komandası “Sandhauzen”ə qalib gəlib

Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nəzərovun şərəfini qoruduğu “Ersgebirge” evdə “Sandhauzen”lə qarşılaşıb.

Meydan sahibləri bu matçdan qələbə ilə ayrılıb (1:0). Futbolçumuz start heyətdə meydana çıxıb və sonadək oynayıb. “Ağ-bənövşəyilər” 13 xalla 18 klub arasında 7-ci yerə yüksəlib.

Həmin kateqoriyadan