- Baxış sayı: 15
- 26 Aprel 2024 10:27
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də Bakı olimpiya stadionunda keçiriləcək Azərbaycan – Çex Respublikası oyunu Rəşad Sadıqov üçün son olacaq.
Allsport.az saytının məlumatına görə, millinin kapitanı cari mövsümdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib:
“Bütün sualları oyun öncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”. Qeyd edək ki, 2001-ci ildən yığmaya dəvət alan Rəşad Sadıqov 110 dəfə “ay-ulduzlu” geyimlə meydana çıxıb.