- Baxış sayı: 6
- 03 Noyabr 2026 19:05
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Zenit”in keçmiş futbolçusu Aksel Vitsel “Atletiko Madrid”lə müqaviləsini uzatmağa bir addım qalıb.
Allsport.az xəbər verir ki, 35 yaşlı belçikalı Madrid klubuna 2022-ci ildə Dortmund “Borussiya”sından azad agent kimi keçib. “Atletiko”da Vitsel tədricən yarımmüdafiəçi rolundan imtina etməli oldu – “döşəkçilər”in baş məşqçisi Dieqo Simeone oyunçunu müdafiənin mərkəzinə qoyur və Aksel əla iş görür.
Klub və futbolçu əməkdaşlığını daha bir mövsüm uzadacaq.