“Köhlən atlılar” Avstriyada günün ilk məşqinə çıxıb

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün komanda yerli saatla saat 12:30-da günün ilk məşqinə çıxıb.

Fitnes zalında çalışmalardan sonra futbolçular meydançaya yollanıb. İki qrup halında çalışan “köhlən atlılar” “kvadrat” oynayıb, taktiki çalışmaları yerinə yetirib, sonda isə qapıya zərbələr üzərində çalışıb.

Həmin kateqoriyadan