- Baxış sayı: 124
- 10 Avqust 2026 17:29
- Baxış sayı: 83
- Avqust 10, 2026
- 0

Azərbaycan güləş üzrə milli komandalarının Bakıda təlim-məşq toplanışına start verib.
Allsport.az xəbər verir ki, yunan-Roma və qadın güləşi üzrə yığmalarımız dünya olimpiya təsnifat turnirinə hazırlaşır.
Yunan-Roma güləşi millimiz aprelin 25-dən taktiki-texniki çalışmalara başlayıb. Komanda mayın 7-dək güləş federasiyasının təlim-məşq bazasında hazırlıq keçəcək.
Qadın güləşçilər məsul yarışa aprelin 28-də start veriblər. Xalça üzərində keçirilən məşqlərə mayın 8-də yekun vurulacaq.
Olimpiadada tam heyətlə iştirak hüququ qazanan sərbəst güləş millimiz aprelin 28-də hazırlığıa start verib. U-23 Avropa çempionatına və olimpiya oyunlarına hazırlıq xarakteri daşıyan toplanışda daha çox fiziki gücün və dözümlülüyün artırılmasıyla bağlı çalışmalara üstünlük verillir.
Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turniri mayın 9-12-də İstanbulda təşkil ediləcək.