- Baxış sayı: 22
- 22 Sentyabr 2026 18:51
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Minifutbol üzrə Azərbaycan millisi Monteneqroda təlim-məşq toplanışını davam etdirir.
Allsport.az xəbər verir ki, yığmamız Avropa çempionatına hazırlıq məqsədilə təşkil olunan hazırlıq prosesində beynəlxalq turnirə də qatılıb.
Elşad Quliyevin baş məşqçisi olduğu komanda ilk oyunda dünya çempionu Rumıniyaya 0:1 hesabı ilə məğlub olub. Millimiz ikinci qarşılaşmada Bosniya və Herseqovinaya 6:0 hesabı ilə qalib gəlib.
Komandamızın qollarına fərqli futbolçular imza atıblar. Mirkamil Əliyev, Təmkin Xəlilzadə, Ağaseyid Qasımov, Təmraz Əmircanov, Ramiz Çovdarov və Kamran Qürbətov qol sevinci yaşayıblar.