- Baxış sayı: 106
- 20 May 2026 14:02
- Baxış sayı: 115
- May 26, 2026
- 0

“Drimlənd” qolf akademiyasında “Leksus Trofi-2024” turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda yerlilərlə yanaşı, ölkəmizdə yaşayan xaricilər də iştirak ediblər. Ümumilikdə 50 qolfçunun mübarizəsində Azərbaycan təmsilçisi Tural Vəlizadə qalib olub (78 xal).
Sonra 2 dərəcədə “Stabil Ford” turniri baş tutub. “A” kateqoriyasında 41 xalla Nik Hore ilk yeri tutub. Alistair Dougal 2-ci (40 xal) və Tural Vəlizadə 3-cü (38 xal) sırada qərarlaşıblar.
“B” kateqoriyasında isə Regina Bədəlbayeva 45 xalla 1-ci, Con Rayt 44 xalla 2-ci, Vasso Papadopulou 42 xalla 3-cü yerə yiyələniblər.