“Oyunum düzgün istiqamətdə gedir”

Rusiyalı Natalia Quseva 3.000.000 dollar mükafat fondu olan LPGA turu JM Eagle LA Championship”dəki çıxışını şərh edib.

Allsport.az xəbər verir ki, “-4” xalla Quseva altıncı yeri bölüşdü ki, bu da idmançının LPGA-da ən yaxşı nəticəsidir.

“Los Ancelesdəki turnirdə altıncı yer! Bir aylıq istirahət və gərgin işdən sonra əla həftə oldu. Oyunum düzgün istiqamətdə gedir və mövsümün qalan hissəsini səbirsizliklə gözləyirəm! Həmişə olduğu kimi, komandama və sponsorlarıma çox təşəkkür edirəm!”, – deyə Quseva sosial şəbəkəsində yazıb.

Həmin kateqoriyadan