- Baxış sayı: 36
- 09 Noyabr 2026 21:18
- Baxış sayı: 152
- Noyabr 09, 2026
- 0

Premyer liqada mövsümün tamaşaçı rekordu qeydə alınıb.
Allsport.az xəbər verir ki, bu, XXXII turun “Sumqayıt” – “Qarabağ” matçında baş verib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü 9300 tamaşaçı izləyib. Bu, çempionatın arxada qalan hissəsi üçün ən yüksək göstəricidir.
Buna qədər rekord “Sumqayıt” – “Neftçi” matçına təsadüf etmişdi. XXI turun qarşılaşmasında 8100 seyrçi qeydə alınıb.
“Sumqayıt” ev matçında 1:0 hesablı qələbə qazanıb.