- Baxış sayı: 33
- 22 İyun 2026 08:31
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, Misli premyer liqasının XXXII turu çərçivəsində “Zirə” – “Araz-Naxçıvan” (0:1) oyunundan sonra mətbuat konfransında qonaqların baş məşqçisi Elmar Baxşıyev bunu deyib:
“”Araz-Naxçıvan”la ilk qələbəmizdi, amma bu cür oyunlar çox olmalıdır. Komandanın meydanda nizam-intizamı qoruması məni daha çox sevindirdi. Əzmkarlıq göstərdik, meydanda bərabərsəviyyəli mübarizə izlədik. Komandamı təbrik edirəm, qarşıdakı 4 oyuna da bu cür hazırlaşacağıq.
Oyun planını özümüz belə seçmişdik. Seçim edən zaman komandanı da nəzərə alırıq. Çalışırdıq ki, hücumlara tez, sürətli qoşulaq. Uşaqlar bunu etməyə çalışdılar”.