Qızıl Avropa Liqası öncəsi məşqlərə start

Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi çalışmaya start verib. Allsport.az saytı xəbər verir ki, hazırlıq məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə GİN-in voleybol mərkəzində təşkil olunub.

Yığmamız turnirdə ilk oyunlarını Bakıda keçirəcəyindən, hazırlıq elə paytaxtda davam edəcək. Məşqlərə yığmanın əsas oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar. Xaricdə olan bir neçə oyunçu isə yaxın günlərdə məşqlərə qatılacaq.

Qızıl Avropa Liqasında ilk mərhələdə oyunlar 17-19 mayda Bakıda baş tutacaq. Birinci turda rəqiblərimiz Rumıniya və Ukrayna yığmaları olacaq.

Həmin kateqoriyadan