- Baxış sayı: 33
- 23 Sentyabr 2026 17:23
- Baxış sayı: 280
- Sentyabr 17, 2026
- 0

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti çempionlar liqasının yarımfinal mərhələsinin ilk oyununda “Bavariya” ilə heç-heçədən (2:2) sonra fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:
“İlk hissədə müdafiə olunmalı idik, amma bunu istədiyim intensivliklə edə bilmədik. İkinci hissədə irəli getdilər, amma mən o vaxt daha yaxşı pressinq etdiyimizi düşündüm. Ümumi təəssüratım belə oldu. Biz kifayət qədər rahat idik, lakin maksimum intensivliyimiz çatışmırdı. Bu səbəbdən əziyyət çəkdik – bunu dünyada hamı bilir”.