Milli futbolçumuz Portuqaliyada oynayacaq

“Sumqayıt”ın iyulun 3-də Avstriyanın “Qarabağ Vyana” klubundan heyətinə cəlb etdiyi sağ cinah müdafiəçisi Dmitri Nağıyev karyerasını Portuqaliyada davam etdirəcək.

Allsport.az saytı xəbər verir ki, 22 yaşlı futbolçu 1-ci divizionunda çıxış edən “Cova da Piedade” klubu ilə müqavilə imzalayıb.

“Sumqayıt” Azərbaycan futbolunun inkişafını, azərbaycanlı futbolçuların və milli komandanın mənafeyini ön planda tutaraq, onun Portuqaliya klubuna transfer olunmasına razılıq verib.

Həmin kateqoriyadan