- Baxış sayı: 34
- 25 Aprel 2024 22:18
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
Bakıda keçirilən MMA üzrə Avropa çempionatında iştirak etmək üçün Fyodr Yemelyanenko ölkəmizə gəlib.
Allsport.az saytı xəbər verir ki, MMA-ın canlı əfsanəsi, 5-qat qran-pri qalibi, dəfələrlə dünya və Avropa çempionu olan titullu idmançını hava limanında WMMAA-nın prezidenti Vadim Finkelşteyn, Azərbaycan MMA Liqasının fəxri prezidenti, Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov qarşılayıb.
Qonaq turnirin keçirildiyi “Sərhədçi” Olimpiya İdman Mərkəziylə tanış olub. Qeyd edək ki, MMA-ın tarixində 34 görüşdə qələbə qazanmaqla rekorda imza atan Yemelyanenko azarkeşlər və media tərəfindən “Sonuncu imperator” adlandırılıb.