- Baxış sayı: 54
- 02 Noyabr 2026 10:26
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

Konor Makqreqor 30 iyun 2024-cü ildə geri dönəcək.
Allsport.az xəbər verir ki, irlandiyalı döyüşçü oktaqonda amerikalı Maykl Çandlerlə görüşəcək. Bu, Makqreqorun son 3 ildə ilk döyüşü olacaq.
Makqreqorun hazırkı vəziyyəti MMA-nı izləyən insanlarda suallar yaradır. Konor uzun müddətdir ki, yarışa çıxmır və onun son nəticələri heyranedici deyil. 2021-ci ildə irlandiyalı 2 dəfə döyüşdü və hər iki halda o, Dastin Puaryeyə erkən məğlub oldu.