“Neftçi”nin keçmiş hücumçusu: 32 yaşda evli olmamağım Azərbaycanda mənə çətinlik yaradırdı

“Neftçi”nin keçmiş hücumçusu Canluka Sansone özünə yeni komanda tapıb. Allsport.az saytı xəbər verir ki, italiyalı futbolçu “D” seriyasında “Keriqnola” ilə anlaşıb. O, ölkəmizdən ayrılma səbəbini açıqlayıb:

“Azərbaycanda 3 ay yarım vaxt keçirdim. Yeni macəra axtarışında idim və “Neftçi”nin italiyalı baş məşqçisi komandaya kömək etməyimi istədi. Dərhal qəbul etdim. Ancaq bu müddət mənim üçün çətin keçdi, uyğunlaşa bilmədim. Fərqli mədəniyyət hiss edirdim. Həm də 32 yaşda evli olmamağım mənə çətinlik yaradırdı”.

Qeyd edək ki, Canluka Sansone “Neftçi”nin heyətində keçirdiyi 11 oyunda 2 qola imza atıb.

Həmin kateqoriyadan