- Baxış sayı: 38
- 07 May 2024 21:00
- Baxış sayı: 139
- May 06, 2024
- 0
Azərbaycanlı FİFA referisi Rəhim Həsənov gənclərdən ibarət komandalar arasında keçirilən UEFA Çempionlar Liqasının oyununu idarə edib. Allsport.az xəbər verir ki, o, “Şaxtyor” (Ukrayna) – “Atletik” (İspaniya) matçında ədaləti qorumağa çalışıb.
Qarşılaşma 6:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Həsənov bu oyunda 4 sarı vərəqə göstərib. O, 67-ci dəqiqədə, hesab 5:0 olarkən isə qonaqların bir üzvünü meydandan qovub.
Həsənova bu oyunda Yaşar Abbasovla Nahid Əliyev kömək edib.