Rəmzi komanda bu dəfə “Qarabağ”sız

Azərbaycan premyer liqasının 20-ci turunun rəmzi komandası məlum olub. Allsport.az saytı xəbər verir ki, son turda öz meydanında “Zirə” ilə qolsuz bərabərə qalan “Qarabağ”ın heç bir futbolçusu burada yer almayıb:

Qapıçı: Kamal Bayramov (“Zirə”);

Müdafiəçilər: Azər Salahlı (“Keşlə”)-3, Kiril Petrov (“Neftçi”)-4, Mamadu Mbodj (“Neftçi”), Cabir Əmirli (“Keşlə”)-2;

Yarımmüdafiəçilər: Stiven Monroz (“Qəbələ”)-5, Valeri Kutsenko (“Keşlə”), Mamadu Kane (“Neftçi”), Namiq Ələsgərov (“Neftçi”);

Hücumçular: Conatan Ayite (“Keşlə”), Ceyms Adeniyi (“Qəbələ”)-6.

Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

Həmin kateqoriyadan