“Səbail” Türkiyədə “Gənclərbirliyi” ilə gücünü yoxlayacaq

Yeni mövsümə hazırlaşan “Səbail” təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyədə keçəcək. Allsport.az saytı xəbər verir ki, iyulun 9-da Türkiyəyə yollanacaq bakılılar Qızılcahamamda “Çam Thermal Resort & Spa Hotel”də məskunlaşacaq.

Baş məşqçi Aftandil Hacıyev ilk olaraq “Gənclərbirliyi” ilə görüşəcək. Ötən mövsüm super liqanı tərk edən Ankara klubu ilə qarşılaşmanın tarixi hələ məlum deyil. “Aslanlar” 2-həftəlik toplanışda 4 yoxlama matçı keçirməyi nəzərdə tutub.

Həmin kateqoriyadan