VİDEO
Təqdimatdan sonra məşq

“Neftçi” ölkə çempionatı 17-ci turu çərçivəsində “Zirə” ilə oyuna hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bayraqdar İsmət Qayıbov adına bazada məşq edib.

Yağışlı hava şəraitində keçən məşqin əvvəlində klubun yeni idman direktoru Ceyhun Sultanov komandaya təqdim olunub. Sonda “Neftçi”nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və idman direktoru Ceyhun Sultanov jurnalistlərin suallarını cavablandırıb.

Fevralın 24-də “8-ci km” stadionunda keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 18:00-da başlanacaq.

Həmin kateqoriyadan