- Baxış sayı: 67
- 15 Oktyabr 2026 10:19
- Baxış sayı: 103
- Oktyabr 16, 2026
- 0

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Manniku şəhərində keçirilən “Lapua” Avropa kubokunda növbəti uğuruna imza atıb.
Allsport.az xəbər verir ki, təcrübəli atıcı bu dəfə 25 metr standart tapança növündə qızıl medal qazanıb.
Ruslan Lunev yarışda 571 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Bu, Lunevin Männikuda keçirilən “Lapua” Avropa kubokunda qazandığı növbəti qızıl medal olub.