- Baxış sayı: 50
- 03 Noyabr 2026 12:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

PAOK və “Roma” basketbol komandaları avrokubok tarixində əsas vaxtda qeydə alınan ən məhsuldar matçın iştirakçıları olublar.
Allsport.az xəbər verir ki, Yunanıstan təmsilçisi rəqibini 113:111 hesabı ilə məğlub edib. Beləliklə, komandalar birlikdə 224 xal toplayaraq turnirin rekordunu yeniləyiblər.
Əvvəlki rekord 221 xal olub. 2025/2026 mövsümündə “Venezia” “Neftunas”ı 118:103 hesabı ilə məğlub edərkən bu göstəriciyə imza atmışdı. Daha əvvəl, 2012/2013 mövsümündə “Srvena Zvezda” və “Dinamo Sassari” arasında keçirilən görüşdə 220 xal qeydə alınmışdı (116:104).