- Baxış sayı: 140
- 17 Aprel 2026 23:18
- Baxış sayı: 53
- Aprel 17, 2026
- 0

“Arsenal” müdafiə xəttini gücləndirmək məqsədilə “İnter”ın ulduzu Alessandro Bastoni ilə ciddi şəkildə maraqlanır.
Allsport.az xəbər verir ki, London təmsilçisinin məşqçilər heyəti 26 yaşlı italyan müdafiəçinin Mikel Artetanın taktiki sisteminə mükəmməl uyğunlaşacağını hesab edir.
İtaliya klubu Bastonini komandanın “toxunulmaz” üzvü hesab etsə də, təxminən 100 milyon avroluq təklif gələcəyi təqdirdə danışıqlara başlamağa hazırdır. Futbolçunun “neradzurri” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Lakin “Arsenal” ilə yanaşı, “Liverpul” və “Barselona”nın da oyunçunu yaxından izləməsi transfer yarışını gərginləşdirir.