Legionçu limiti ləğv oluna bilər

Legionçu limiti ləğv oluna bilər

Səudiyyə Ərəbistanı peşəkar liqasında əcnəbi futbolçularla bağlı limitin dəyişdirilməsi müzakirə olunur.

Allsport.az xəbər verir ki, yeni qaydalar 2027/28 mövsümündən qüvvəyə minə bilər.

Müzakirə edilən variantlar arasında legionçu sayının 14, 16 və ya 18-ə çatdırılması, eləcə də limitin tamamilə ləğvi var.

İslahatın əsas məqsədi yerli futbolçuların inkişafına şərait yaratmaq, səudiyyəli oyunçuları xarici klublara keçməyə təşviq etmək və gənc istedadlara daha çox oyun vaxtı qazandırmaqdır.

Bununla yanaşı, maliyyə imkanları məhdud klubların yerli futbolçuları transfer etməsini asanlaşdırmaq üçün xüsusi dəstək mexanizminin yaradılması da nəzərdə tutulur.

Səudiyyə Ərəbistanı futbol federasiyası məsələ ilə bağlı klublar arasında sorğu keçirir. Hələlik limitin dəyişdirilməsi ilə bağlı rəsmi qərar qəbul edilməyib.

Həmin kateqoriyadan