Yeni muzeyi açıldı

Yeni muzeyi açıldı

Portuqaliyalı futbolçu Kriştiano Ronaldunun Çində muzeyi açılıb.

Allsport.az xəbər verir ki, təxminən 3 min kvadratmetr ərazini əhatə edən muzey materik Çində bu qəbildən olan ilk layihədir. Muzeyin girişində Ronaldunun 7 metr hündürlüyündə heykəli qoyulub.

Təşkilatçıların sözlərinə görə, bu, dünyanın ən hündür tamboy futbolçu heykəlidir.

Ekspozisiyada Ronaldunun Portuqaliyanın Madeyra adasındakı uşaqlıq illərindən dünya futbolunun ulduzuna çevrilməsinə qədərki karyerası əks olunub. Burada futbolçunun qazandığı kuboklar, formalar, butslar və şəxsi əşyaları nümayiş etdirilir.

Muzeyin əsas eksponatları arasında Ronaldunun 2008-ci ildə qazandığı “Qızıl top”, Avropa çempionluğu kuboku, “Real”da 350-ci qoluna həsr olunmuş imzalı forma və futbolçunun xüsusi olaraq Şanxay ekspozisiyası üçün imzaladığı forma da var.

Muzeyin kolleksiyasına Ronaldunun doğma şəhəri Funşaldan 50-dən çox eksponat gətirilib.

Həmin kateqoriyadan