“Bu turnir bizim üçün yaxşı təcrübə oldu”

“Bu turnir bizim üçün yaxşı təcrübə oldu”

16 yaşadək oğlanlardan ibarət Azərbaycan voleybol millisinin kapitanı Əhməd Məmmədli EEVZA turnirindəki çıxışlarını dəyərləndirib.

Allsport.az xəbər verir ki, komandanın kapitanı yarışın onlar üçün faydalı təcrübə olduğunu bildirib:

“Turniri qələbə ilə başa vurduğumuz üçün çox şadam. Bu münasibətlə bütün komanda yoldaşlarımı təbrik edirəm.

Turnirdə bizim üçün ən çətin qarşılaşma ilk oyun oldu. Həmin görüşdə komanda yoldaşlarımızdan birinin zədələnməsi kollektivə psixoloji cəhətdən mənfi təsir göstərdi. Buna baxmayaraq, ruhdan düşmədik, toparlanaraq mübarizəmizi davam etdirdik.

Qarşılaşdığımız rəqiblər kifayət qədər güclü komandalar idi. Biz də hər oyunda sona qədər əzmlə mübarizə aparmağa, əlimizdən gələni etməyə çalışdıq. Əlbəttə, daha yaxşı nəticə qazanmaq istərdik, lakin düşünürəm ki, bu turnir bizim üçün həm də yaxşı təcrübə oldu.

Bütün komanda yoldaşlarıma gələcək oyunlarda uğurlar arzulayıram”.

Həmin kateqoriyadan