Dünya çempionatlarına ev sahibliyi edəcək ölkələr açıqlanıb

Dünya çempionatlarına ev sahibliyi edəcək ölkələr açıqlanıb

FİFA 2031 və 2035-ci illərdə qadınlar arasında keçiriləcək dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb.

Allsport.az xəbər verir ki, bununla bağlı qərar FİFA-nın onlayn formatda təşkil olunan növbədənkənar konqresində qəbul edilib.

Beləliklə, 2031-ci ildə keçiriləcək dünya çempionatının oyunlarına ABŞ, Meksika, Kosta-Rika və Yamayka ev sahibliyi edəcək. 2035-ci il mundialı isə Şotlandiya, İngiltərə, Şimali İrlandiya və Uelsdə təşkil olunacaq.

Hər iki turnirin keçirilməsi üçün FİFA-ya yalnız bir namizədlik müraciəti daxil olub.

Qadınlar arasında növbəti dünya çempionatı 2027-ci il iyunun 24-dən iyulun 25-dək Braziliyada baş tutacaq. Həmin turnirdə 32 milli komanda mübarizə aparacaq.

2031 və 2035-ci illərdə keçiriləcək dünya çempionatları isə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunacaq.

Həmin kateqoriyadan