- Baxış sayı: 74
- 23 Noyabr 2026 18:25
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

İtaliyalı tennisçi Yannik Sinner Finlandiyada sağ dizindən əməliyyat olunub.
Allsport.az xəbər verir ki, 25 yaşlı idmançının cərrahi müdaxiləsi uğurlu keçib.
Dünya reytinqində ikinci pillədə yer alan tennisçinin bərpa prosesinin təxminən 3 ay çəkəcəyi və bu səbəbdən 2027-ci ilin yanvar ayında keçiriləcək Avstraliya açıq turnirini buraxacağı bildirilib.
2026-cı ilin iyulunda “Uimbldon”un qalibi adını qazananan italiyalı idmançı həmin vaxtdan bəri kortlara çıxmır.