- Baxış sayı: 42
- 23 Noyabr 2026 21:12
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

İngiltərə futbol assosiasiyası (FA) “Çelsi”ni azarkeşlərinin davranışına görə 150 min funt sterlinq məbləğində cərimələyib.
Allsport.az xəbər verir ki, buna London təmsilçisinin fanatlarının İngiltərə kubokunun III raundunda “Çarlton”a 5:1 hesabı ilə qalib gəldikləri matçdakı hərəkətləri səbəb olub.
Paytaxt klubunun tərəfdarları qarşılaşma zamanı katolikləri və irlandiyalıları təhqir edən şüarlar səsləndiriblər.
“Çelsi” təqsirini etiraf edib və azarkeşlərin ayrı-seçkilik xarakterli davranışını pisləyib.