“Bavariya” sabiq hücumçusunu geri qaytarır

“Bavariya” sabiq hücumçusunu geri qaytarır

“Bavariya” Harri Keyn zədələndiyi üçün hücum xəttini müvəqqəti olaraq yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Allsport.az xəbər verir ki, “Nyu York”da çıxış edən Erik-Maksim Çupo Motinqi heyətinə qatmaq istəyir.

Bundesliqa təmsilçisi 37 yaşlı futbolçu ilə yanvarda müqavilə imzalamaq niyyətindədir.

Erik daha əvvəl də “Bavariya”da çıxış edib. O, 2020-2024-cü illərdə bu klubun şərəfini qoruyub.

Həmin kateqoriyadan