- Baxış sayı: 91
- 20 Noyabr 2026 23:11
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

“Aston Villa”nın baş məşqçisi Unay Emeri çempionlar liqasında “Qalatasaray”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, mütəxəssis rəqibi belə tərifləyib:
“Türkiyədə oynamaq möhtəşəmdir. Ötən il İstanbulda “Fənərbağça” ilə qarşılaşmışdıq. İndi isə rəqib “Qalatasaray”dır. Hər oyunun öz hekayəsi var. Müsbət nəticə üçün buraya gəlmişik. “Qalatasaray” Türkiyənin ən yaxşı komandasıdır”.
Bu gün keçiriləcək matça saat 21:45-də start veriləcək.
“Aston Villa” çempionlar liqasında 9 xalla 6-cı sıradadır. “Qalatasaray” isə 6 xalla 18-cidir.