- Baxış sayı: 18
- 25 Noyabr 2026 13:56
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

“Latsio” rəhbərliyi baş məşqçi Cennaro Qattuzonun fəaliyyətindən razıdır və onunla müqaviləni uzatmaq niyyətindədir.
Allsport.az xəbər verir ki, paytaxt təmsilçisinin prezidenti Klaudio Lotito 48 yaşlı mütəxəssisə yeni müqavilə təklif etməyi planlaşdırır.
Tərəflər arasında əməkdaşlığın 2029-cu ilədək davam etdirilməsi nəzərdə tutulur.
Yeni müqavilə Qattuzonun maaşının əhəmiyyətli dərəcədə artırılmasını da ehtiva edir. Hazırda bonuslar nəzərə alınmadan mövsümə 1,2 milyon avro qazanan italiyalı mütəxəssisin məvacibinin ikiqat artırılması planlaşdırılır.