- Baxış sayı: 44
- 22 Noyabr 2026 10:53
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

Bu gün yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb.
Allsport.az xəbər verir ki, yarışda paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonların 100-dən artıq idmançısı bacarığını göstərəcək.
Açılış mərasimində idmançıları salamlayan ASTF-nin vitse-prezidenti Elmar İslam onlara uğurlar arzulayıb. Ölkə kubokunun əhəmiyyətindən söz açan federasiya rəsmisi beynəlxalq arenaya gedən yolun bu cür yarışlardan keçdiyini vurğulayıb.
Şüa idman sağlamlıq kompleksində keçirilən ölkə kuboku turnirində U-14 və U-18 yaş qrupları üzrə qaliblər məlum olacaq. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək yarışa noyabrın 26-da yekun vurulacaq. Fərqlənən idmançılara AGİN-in diplom və medalları, ASTF-nin mükafatları təqdim olunacaq.