“Səhvlərimiz üzərində çalışmalıyıq”

“Səhvlərimiz üzərində çalışmalıyıq”

16 yaşadək qızlardan ibarət Azərbaycan voleybol millisinin kapitanı Dilarə Ağayeva EEVZA turnirindəki çıxışlarını dəyərləndirib.

Allsport.az xəbər verir ki, kapitan yarışın komanda üçün faydalı təcrübə olduğunu bildirib:

“Bu turnirdə əsas məqsədimiz hər oyunda sona qədər mübarizə aparmaq idi. Fikrimcə, komanda olaraq buna nail olduq və hər qarşılaşmada qələbə qazanmaq üçün əlimizdən gələni etdik.

Qrup mərhələsində Estoniya və Ukrayna millilərinə məğlub olsaq da, hər iki oyunda layiqli mübarizə apardıq. Qrupdakı nəticələr də komandalar arasında rəqabətin kifayət qədər gərgin olduğunu göstərdi. Belə ki, Litva millisi Ukrayna və Estoniya yığmalarını məğlub etdi, biz isə Litva və Gürcüstan millilərinə qalib gəldik.

Ümumilikdə, bu turnirdə qarşımıza qoyduğumuz məqsədlərin bir qisminə nail olduq. Əlbəttə, daha yaxşı nəticə göstərə bilərdik. Lakin bu yarış bizim üçün təcrübə qazanmaq və növbəti mərhələlərə hazırlaşmaq baxımından çox faydalı oldu. İndi əsas məqsədimiz səhvlərimiz üzərində çalışmaq və növbəti yarışlarda daha yaxşı çıxış etməkdir”.

Həmin kateqoriyadan